Ukraynanın şərqindəki Xarkov vilayətinin Kupyansk yaxınlığında raket hücumu nəticəsində azı 49 nəfər həlak olub.
Vətəninfo.az-ın “Associated Press” agentliyinə istinadən məlumatına görə, Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunda yerləşən Qroza kəndinə zərbələr endirib. Raket adamların çox olduğu kafe və mağazaya düşüb.
Məlumata əsasən, ölənlərdən biri 6 yaşlı oğlandır: “Biri uşaq olmaqla 6 nəfər yaralanıb”.
Ukrayna lideri Vladimir Zelenski hücuma reaksiya verərək deyib:
“Rusiyaya bu və buna bənzər terror aktları yalnız bir şeyə görə lazımdır: öz soyqırım təcavüzünü bütün dünya üçün yeni normaya çevirmək”.


























