image-1backend

Qurdun təbiətə və insanlığa verdiyi inkişaf

image-reklam_sirab_01

1995-ci ildə Yellowstone Milli Parkında balansı saxlamaq üçün 14 Qurd alınaraq vəhşi təbiətə buraxılır. Bunu izləmək üçün də elm mərkəzinin mütəxəsis alimləri təyin edilir. Bir müddət sonra elm adamları Milli Parkda ekosistemin tamamilə müsbət istiqamətdə dəyişəcəyinin şahidi olurlar.
70 il ərzində parkda Qurd yox idi və bütün bu müddət ərzində orada marallar çoxluq təşkil edirdi, onların da bioloji artımı yerli floraya ciddi ziyan vururdu..Bitkilər və kiçik heyvanlar maralların qurbanı olurdu.
Milli Parka buraxılan 14 Qurd ekosistemin düzəlməsi üçün bütün maralları yemədi əlbətdə, lakin onları daha diqqətli otlaq yerləri seçməyə və parkın müəyyən ərazilərindən qaçmağa məcbur etdilər.
Həmin yerlərdə bitki örtüyü canlanmağa başladı. Altı il ərzində ağacların sayı beş dəfə artdı. Qunduzlar peyda olub və bənd tikmək üçün ağaclara ehtiyacı var. Çaylara ördəklər və balıqlar peyda oldu. Qurdlar çaqqal populyasiyasını azaldıb, bu da dovşan və meşə siçanlarınən sayının artmasına səbəb oldu ki, bu da öz növbəsində şahinlər, digər vəhşi quşların və tülküləri parka cəlb edir. Ayılar Qurdların ovladıqları heyvanların qırıntılarını yeyə bilmək üçün parka gəldilər. Parkda giləmeyvələrin sayı artdı. Bütün heyvanların yemək üçün bitki və heyvan çoxluğu yaranır. Təbiət öz balansında daha sürətlə böyüməyə və şaxələnməyə başlayır…
Amma ən heyrətlisi odur ki, Qurdlar çayların axarını dəyişirlər ki, çaya axan kanallar düzləşir, sabitləşir və sahil eroziyası azalır.
Bu ona görə baş verib ki, Qurdların marallara təsiri çay sahillərində ağacların və otların böyüməsinə səbəb olub və bu da onların möhkəmlənməsinə səbəb olur. Parkın coğrafiyası dəyişir.
Bütün bu ekosistemin inkişafı isə sadəcə Milli Parka buraxılan on dörd canavar sayəsində baş verir.
Ona görə Təbiətdə Qurd və Yer üzündə Türkün varlığı sadəcə İnkişaf və Balans yaradır.
Qurdun təbiətdə olmasına qarşı çaqqallar, Türkün də dünyada olmasına qarşı çaqqal xislətli alçaqlardır.
Zaur Əliyev , dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki