image-reklam-veteninfo
image-1backend

Qvardiola bu millinin baş məşqçisi olmaqdan imtina etdi

image-reklam-veteninfo

Məşhur ispaniyalı mütəxəssis Pep Qvardiola Səudiyyə Ərəbistanı milli komandasını çalışdırmaq təklifini qəbul etməyib.

Vətəninfo.az xəbər verir ki, italiyalı futbol insayderi Nikolo Şiranın yaydığı məlumata görə, vaxtilə “Barselona”, “Bavariya” və “Mançester Siti” klublarına rəhbərlik etmiş Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaq variantından imtina edib.

Qeyd edək ki, Yunanıstanlı mütəxəssis Giorgos Donis bu ilin aprel ayından Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi vəzifəsini tutur. Səudiyyə Ərəbistanı yığması 2026-cı il dünya çempionatında qrup mərhələsini sonuncu pillədə başa vuraraq pley-offa vəsiqə qazana bilməyib.

Bununla yanaşı, ABŞ milli komandası da Pep Qvardiolanın xidmətlərində maraqlıdır. Amerika yığmasında baş məşqçi postu Maurisio Poçettinonun ayrılmasından sonra boş qalıb.

Xatırladaq ki, Pep Qvardiola ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılıb. Təcrübəli mütəxəssisin ən azı bir il futboldan uzaq qalaraq istirahət etmək niyyətində olduğu bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki