image-1backend

Ramin Məmmədov Portuqaliyada 10-cu Qlobal Forumda iştirak edəcək

image-reklam_sirab_01

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Birləşmiş Millətlər Təşkilatı (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) noyabrın 25-27-də Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək 10-cu Qlobal Forumda iştirak edəcək.

Bu barədə Vətəninfo.az-a komitədən məlumat verilib.

Bildirilib ki, tədbirdə BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupunun 160 üzvü, siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, dini liderlər və din xadimlərinin iştirakı nəzərdə tutulur.

Forumda “Sülh birliyi: İnamın bərpası, gələcəyin yenidən qurulması: bəşəriyyət naminə iyirmi illik dialoq ətrafında müzakirələr” mövzusunda sülh və təhlükəsizlik, dünyada etimad və həmrəyliyin bərpa edilməsinə aid qlobal problemlərin müzakirəsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image