image-reklam-veteninfo
image-1backend

Ramzan Kadırov ölümdən son anda qurtuldu

image-reklam-veteninfo

Vətəninfo.az  xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Türkiyənin Bodrum şəhərində çimərkən suda boğulmaqdan çətinliklə xilas olub.

“Çeçenistan prezidenti Kadırov Bodrumda az qala boğulacaqdı”, – Türkiyə mediası yazır.

Mənbənin sözlərinə görə, Muğla vilayətində çimərlikdə Kadırovun halı pisləşib. Üzgüçülük zamanı o, qəfildən boğulmağa başlayıb.

Dərhal hadisə yerinə çağırılan həkim briqadası lazımi yardımı göstərərək Kadırovu özəl klinikaya çatdırıb. Hazırda Çeçenistan lideri özünü yaxşı hiss edir, həyatı üçün təhlükə yoxdur.
Həkimlər siyasətçinin vəziyyətini stabil qiymətləndirirlər.

Çeçenistan hakimiyyətinin nümayəndələrindən insidentlə bağlı heç bir rəsmi şərh verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki