image-image_750x_647d7e4b32c24backend

Ramzan Kadırov Putinə müraciət etdi: Bizə şans verin

image-reklam_sirab_01

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, onun sözlərinə görə, lazımi anti-terror təcrübəsinə malik olan çeçen bölmələrinin Belqorod vilayətinə göndərilməsi təklifi ilə çıxış edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Kadırov Telegram kanalında yazıb.

“Rusiya ərazisinə soxulmuş cinayətkar qrupun mülki əhaliyə və infrastruktura zərər vermədən məhv edilməsi üçün xüsusi bilik və hazırlıq lazımdır.
Burada təkcə hərbi deyil, həm də antiterror təcrübəsi lazımdır. Artıq respublikanı cinayətkar qruplaşmalardan təmizləmək təcrübəsi olan çeçen döyüşçüləri belə bir təlim keçirlər”, – deyə Çeçenistan rəhbəri bildirib.

Onun sözlərinə görə, qüvvə və hərbi strukturların batalyon və alaylarında çeçen döyüşçülərinin ümumi sayı 70 mini ötüb.

“Bütün bölmələr Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində təlim keçib. Onlar ən müasir texnologiyalar və silahlarla təchiz olunublar, təlim keçiblər və dövlətimizi və vətəndaşlarımızı qorumaq üçün ali baş komandanın (Vladimir Putin-red.) istənilən əmrini yerinə yetirməyə hazırdırlar. Bu yaxşı qərar olacaq. Ona görə də biz hazırıq və əmri gözləyirik”, – deyə Kadırov yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki