Çeçen bölmələrinin əsgərlərinə yerdəyişmə əmri verilib və yaxın vaxtlarda Donetsk Xalq Respublikası ərazisində aktiv hərbi əməliyyatlara başlamağa hazır olacaqlar.
Vətəninfo.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.
“Çeçen bölmələri qüvvələrini yenidən təşkil etmək üçün yeni əmr aldılar.
DXR-in əraziləri məsuliyyət zonasına çevrilir”, – deyə Ramzan Kadırov yazıb.
Onun sözlərinə görə, oradakı döyüşçülər aktiv döyüş əməliyyatlarına gedəcək və bir sıra yaşayış məntəqələrini azad edəcəklər.


























