image-1backend

Rayonumuzda silsilə ağacəkmə aksiyaları davam etdirilir

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının icrası ilə əlaqədar oktyabrın 18-dən etibarən Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında agacəkmə aksiyalarına start verildi. Ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Pirallahıda 10 min ağac və kollar, həmçinin 8600 gül və çiçəklər əkiləcək. Aksiyaya hazırlıq mərhələsində Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə ünvanlar müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
Oktyabrın 24-də Pirallahı rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada RİH-nin başçısı Vasif İmanov, RİH-nin məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin kollektivləri iştirak etdilər. Aksiya zamanı 2000, ümumilikdə isə bu günlər ərzində 6000-dən çox ağac və 7000-dən yuxarı gül və çiçək kolları əkilmişdir. Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, rayonun ekoloji tarazlığının qorunması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.
Rayonumuzda keçirilən belə tədbirlər eyni zamanda, ictimaiyyətin ekoloji məsələlərə daha çox diqqət ayırmasına və cəmiyyətin təbiətə münasibətdə daha məsuliyyətli olmasına şərait yaradır. Bununla yanaşı, ölkənin ekoloji siyasətinə uyğun olaraq, iqlim dəyişikliyinin qarşısının alınması və təmiz gələcək üçün görülən tədbirlər böyük əhəmiyyət daşıyır. Yaşıllıqların genişləndirilməsi və təbii sərvətlərin qorunması, gələcək nəsillərə sağlam bir mühitin miras qoyulması üçün vacib bir addımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki