image-reklam-veteninfo
image-1backend

“Razılaşma toqquşmadan üstündür”- Ərdoğan erməni kilsəsinin patriarxına məktub ünvanladı

image-reklam-veteninfo

“Osmanlı imperiyasında yaşayan ermənilər Birinci Dünya müharibəsinin ağır şəraitində həyatlarını itiriblər”.

Bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyə ermənilərinin patriarxı Sahak Maşaliyana ünvanladığı başsağlığı məktubunda qeyd edib. O, vurğulayıb ki, Osmanlı imperiyasının süqutu dövrü toqquşmalar, silahlı dəstələrin fəaliyyəti, terror hadisələri və epidemiyalarla müşayiət olunub və bu prosesdə digər xalqlarla yanaşı ermənilər də ciddi ağrılar yaşayıblar. Ərdoğanın müraciəti İstanbulda erməni kilsəsində keçirilən dini mərasim zamanı oxunub.

Türkiyə Prezidenti mesajında “toqquşma əvəzinə razılaşmaya üstünlük verdiklərini” vurğulayıb. O qeyd edib ki, “sülh, rifah və qardaşlıq əsaslı daha yaxşı günlərə çatmaq üçün bütün vətəndaşlarla birlikdə işləməyə və mübarizə aparmağa davam edirik, milli və dini mənsubiyyət fərqi qoymadan”.

Bununla belə, Türkiyə lideri Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə toxunmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki