image-1backend

Әrdoğan: ‘‘Türkiyә öz sәrhәdlәrindən kәnarında terror dövlәtinin qurulmasına icazә vermәyәcәk’’

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin öz sərhədlərindən kənarda terror dövlətinin qurulmasına əsla icazə verməyəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 24-cü sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Görüşdə Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Ukrayna-Rusiya müharibəsi, İsrailin Fələstin ərazisinə hücumları, Suriyadakı gərginlik və terrorla mübarizə məsələləri müzakirə edilib.
Türkiyənin öz bölgəsində və dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibənin əvvəl atəşkəs, sonra isə sülh yolu ilə həll edilməsi üçün zəmin yarada biləcəyini, hər iki tərəfi də məmnun edə biləcək ədalətli sülhün mümkün olduğunu ifadə edib.
İsrailin Fələstin torpaqlarına hücumları və Livana qarşı təhdidlərinin regional və qlobal sülh və əmin-amanlığı hədəf aldığına diqqət çəkən Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdurmaların yayılması ən çox bölgə ölkələrinə zərər verəcək. Beynəlxalq ictimaiyyət İsraili dayandırmalıdır.

Türkiyənin öz sərhədlərindən kənarda terror dövlətinin qurulmasına əsla icazə verməyəcəyini ifadə edən Rəcəb Tayyib Ərdoğan başda Suriyadakı vətəndaş müharibəsi olmaqla terror təşkilatlarına münbit zəmin yaradan qeyri-sabitliklərə son qoymaq üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb. Prezident Ərdoğan Türkiyənin həll yolu üçün əməkdaşlığa hazır olduğunu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki