”Türkiyə terror bəlasından xilas olacaq”.
Vətəninfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Mühafizəsi Akademiyası məzunların buraxılış mərasimində çıxışı zamanı deyib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə terror bəlasından xilas olacaq. Terrorçuların nəfəs almasına imkan vermirik, hazırda terror təşkilatlarında iştirak tarixin ən aşağı səviyyəsinə düşüb. Yalnız terror təşkilatları ilə deyil, qeyri-qanuni köç və narkotik satıcılarına qarşı mübarizəmiz də qətiyyətlə davam edir. İlin əvvəlindən etibarən 143 min qeyri-qanuni miqrantın ölkəmizə gəlməsinin qarşısını almışıq. Qeyri-qanuni qaçqınları müəyyənləşdirib onları deportasiya edirik.