image-1backend

Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedir

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək.

Vətəninfo.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı İsrailin Qəzzaya təşkil etdiyi hücumlara toxunacaq.

Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti İsrailin hücumlarına qarşı mövqe nümayiş etdirməyə çağıracaq.

Ərdoğan iclas çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşlər keçirəcək.

Hər il ABŞ-ın Nyu-York şəhərində dünya liderlərini bir araya gətirən BMT Baş Assambleyası sentyabrın 22-də “Gələcəyin sammiti” ilə başlayacaq.

Liderlərin çıxışlarına ev sahibliyi edən sessiya isə sentyabrın 24-də başlayacaq.

İclasa 190 ölkənin rəsmilərinin qatılacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki