Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.
Vətəninfo.az xəbər verir ki, paytaxt Ankarada keçirilən 1-ci dövr hakim və prokuror müavinləri təlimlərinin açılış mərasimində çıxış edən prezident Ərdoğan FETÖ ilə mübarizəyə toxunub.
FETÖ-cü terrorçuların 2016-cı il iyulun 15-də törətdiklərini çox yaxşı xatırladıqlarını bildirən Ərdoğan deyib: “Ölkəmizi və millətimizi bir daha belə sınaqlarla qarşı-qarşıya qoymamaq mövzusunda qətiyyətliyik. Dövlətimizi FETÖ qalıqlarından nə qədər təmizləmiş olsaq da, mübarizəmizi davam etdirəcəyik”.