Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Türkiyə Prezidentinin “X” səhifəsində məlumat verilib.
Qeyd edilib ki, telefon danışığı zamanı Suriyadakı son hadisələr, regional və qlobal məsələlər müzakirə edilib.
“Telefon danışığı zamanı prezident Ərdoğan Suriyada daimi sabitliyin bərqərar olması üçün Türkiyənin Suriya xalqına dəstəyini davam etdirəcəyini bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Suriyadakı yeni vəziyyətdən məmnunluğunu bildirib”, – deyə paylaşımda qeyd olunub.