image-1backend

Rəcəb Tayyib Ərdoğan:”Türkiyə məzlumun yanında olmağa davam edəcək”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının onlayn qaydada keçirilən tədbirinin iştirakçılarına müraciət edib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə zülmə qarşı məzlumun yanında olmağa davam edəcək və bu mövqeyindən geri addım atmayacaq.
Türkiyə Prezidenti ​​beynəlxalq həmrəyliyi gücləndirmək və gələcəyə təsir edən təhdidlərə qarşı dinc, təhlükəsiz və ədalətli sistemin qurulmasına yol açmaq məqsədi daşıyan gələcəyin sammitinə sayılı günlər qaldığını xatırladıb.
Bu sammiti dünyanı məhv edən qarşıdurmaların, zülmün, aclığın və yoxsulluğun ortasında açılan nadir fürsət pəncərəsi kimi gördüyünü ifadə edən Türkiyə Prezidenti sammitə qatılacaq bütün həmkarlarını BMT-nin baş katibi Antonio Quterreşin təklif etdiyi bu fürsəti qiymətləndirməyə çağırıb.
Təhlükəsiz və firavan gələcək qurmaq üçün ilk növbədə sülhə ehtiyac olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib:”Terror, İslamofobiya , ksenofobiya, qeyri-qanuni köç və iqlim dəyişikliyi geosiyasi sarsıntıların şiddətini artırır. Bunun ən ağrılı nümunəsi 11 aydır Qəzza zolağı başda olmaqla Fələstin torpaqlarında yaşanır. 17 mini uşaq olmaqla 41 mindən çox insanın öldüyü, 100 mindən çox insanın yaralandığı və Qəzzənin demək olar ki, tamamının yerlə-yeksan edildiyi bir vəziyyətlə qarşı-qarşıyayıq”.
Beynəlxalq ictimaiyyətin və BMT-nin İsrailin yürütdüyü siyasətə qarşı səsini ucaltmasının zəruri olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Uşaqların bombardman nəticəsində öldüyü bir dünyada,heç birimiz özümüzü təhlükəsiz hiss edə bilmərik. Türkiyə zülmə qarşıdır və məzlumun yanındadır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki