image-1backend

Rəfah sərhəd-buraxılış məntəqəsinin bağlanması 1000-dən çox adamın ölümünə səbəb olub

image-reklam_sirab_01

İsrailin Misirlə Qəzza zolağı arasındakı Rəfah sərhəd-buraxılış məntəqəsini 100 gün müddətinə bağlaması 1000-dən çox uşağın, xəstənin və yaralının ölümünə səbəb olub.
Qəzzadakı hökumətin media ofisinin baş direktoru İsmayıl əl-Savabite bildirib ki, İsrail 100 gündür ki, Rafah sərhəd-buraxılış məntəqəsindən yük maşınlarının keçməsinə icazə vermir.
İsmayıl əl-Sevabite deyib ki, İsrail müxtəlif növ yardımların, eləcə də tibbi ləvazimatların, səhiyyə işçilərinin və dərmanların ölkəyə daxil olmasına mane olur.

İsmayıl əl-Sevabite deyib: “İşğalçılar 100 gündür Qəzza zolağına hər cür yardımın daxil olmasına mane olur. İsrailin Rəfah sərhəd-buraxılış məntəqəsini 100 gün müddətinə bağlaması 1000-dən çox uşağın, xəstənin və yaralının ölümünə səbəb olub. Qəzza zolağında humanitar fəlakət yaşanır”.

İsrailin yandırdığı, buldozerlə dağıtdığı Rəfah sərhəd-buraxılış məntəqəsini bağlı saxlamağa davam etdiyini qeyd edən İsmayıl əl-Sevabite Qəzza zolağında baş verən humanitar fəlakətin misli görünməmiş şəkildə dərinləşdiyini vurğulayıb.

Sərhəd məntəqəsinin bağlanmasının “beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və bütün beynəlxalq müqavilələrin açıq şəkildə pozulması” olduğunu bildirən İsmayıl əl-Sevabite deyib: “İşğalçılar yüz gündür xaricə səyahət etmək istəyən 25 min xəstə və yaralının bölgədən çıxmasına mane olub, mindən çox uşaq, xəstə və yaralı bu qadağaya görə həyatını itirib”.

İsrail və Amerika administrasiyasının yaşananlara görə məsuliyyət daşıdığını bildirən İsmayıl əl-Sevabite beynəlxalq ictimaiyyəti, bütün beynəlxalq təşkilatları işğalçılara və Amerikaya təzyiq göstərməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki