image-reklam-veteninfo
image-1backend

“Regionumuz üçün vəziyyət həqiqətən dəyişə bilər” -Paşinyan

image-reklam-veteninfo

Paris Sülh Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinə toxunaraq onun Ermənistan və Azərbaycan üçün əhəmiyyətini vurğulayıb:
“Regional əlaqə o deməkdir ki, biz – həm Ermənistanı, həm də Azərbaycanı nəzərdə tuturam – daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün bir-birimizin ərazisindən istifadə etmək imkanı əldə edəcəyik və bu o deməkdir ki, ərazimizdən beynəlxalq tranzit üçün yeni bir marşrut açılacaq.

Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həm beynəlxalq ticarət, həm də regionumuz üçün vəziyyəti həqiqətən dəyişə bilər”, – deyə Baş nazir Paşinyan vurğulayıb.

O, əlavə edib ki, Fars körfəzindən, Oman körfəzindən Qara dənizə qədər əlaqə kanalları açılacaq, Xəzər və Aralıq dənizləri arasında yeni bir əlaqə qurulacaq və Ermənistan üçün yeni imkanlar yaradılacaq.

Ermənistanda keçiriləcək parlament seçkiləri barədə danışan Paşinyan qeyd edib ki, bu, böyük əhəmiyyətə malik və sülh prosesi üçün həlledici olan siyasi hadisədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki