image-1backend

Rəisi etibarlı tərəfdaş idi – Putin

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin İranın mərhum lideri İbrahim Rəisi etibarlı tərəfdaş adlandırıb.

Vətəninfo.az xəbər verir ki, o, bunu SPİEF-in dünya xəbər agentliklərinin baş redaktorları ilə görüşündə deyib.

“Demək istəyirəm ki, onunla çox yaxşı, etibarlı və işgüzar münasibətlərimiz olub”, – deyə ölkə başçısı vurğulayıb.

Bundan əlavə, Rusiya rəhbəri İranın yeni prezidenti ilə görüşəcəyinə ümid etdiyini bildirib. Putin əmindir ki, onlarla ortaq dil tapmaq mümkün olacaq və ölkələr öz planlarını həyata keçirməyə davam edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki