image-qarabag-yolbackend

Rəsmi İrəvandan Qarabağ ermənilərinə zərbə: Daha pul almayacaqlar

image-reklam_sirab_01

Məlum olduğu kimi, separatçılar hələ Qarabağda olan zaman qondarma xunta rejiminin buraxılıması haqqında qərar veriblər.Vətəninfo.az  xəbər verir ki, həmin qərara əsasən xunta rejimi yanvarın 1-nə kimi bütün fəaliyyətlərini dayandırmalıdır.

Qeyd edək ki, bu qərardan sonra separatçılar Ermənistandan yanvarın 1-nə kimi”əmək haqqı” almalarına davam etməsini istəyiblər. Belə ki, ötən həftə Samvel Şahramanyan keçirdiyi “müşavirə”də məsələni qaldırıb və deyib ki, İrəvan hökuməti hələ də sentyabrın “maaş”larını verəyib.

Bu açıqlamadan sonra Ermənistan hökuməti separatçılara xəbərdarlıq edib. Onlara hər hansı pul verilməyəcəyini bildirib. İrəvan hökuməti qeyd edib ki, Qarabağdakı qondarma “dövlət qurumları” artıq fəaliyyət göstərmir. Həmçinin Qarabağdan köçənlərin problemlərini həll etmək üçün maliyyəyə ehtiyacları var.

Bu gün isə məlum olub ki, Ermənistan hökuməti daha bir addım atıb.  İrəvan hökuməti Ermənistandakı Qarabağ nümayəndəliyini və Qarabağın operativ qərargahını ləğv etmək qərarına gəlib. Məlumatə separatçıların nümayəndəsi Metaxe Akopyan da təsdiqləyib. “Biz sentyabr ayının maaşını hələ də almamışıq. Qarabağın nümayəndəliyinin ləğvinə gəlincə, işçilər mənə zəng edərək işdən çıxarıldıqlarını bildiriblər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image