image-1backend

“Rəsmi İrəvanın seçdiyi yol, ölüm yoludur” -Rusiyalı politoloq

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, rusiyalı politoloq Modest Kolerov erməni mediasına müsahibə verib. Müsahibəni ixtisarla oxuculara təqdim edirik.

– Srağagün Rusiya ilə ABŞ arasında ilk görüş və danışıqlar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. Onların nəticələrini necə qiymətləndirirsiniz? Nəticələrdən razısınızmı?

– Görüş uğurlu keçdi. Bütün prosesi o başlatdı.

– Niyə görüş yeri kimi Ər-Riyad seçildi?

– Çünki Səudiyyə Ərəbistanının həm ABŞ, həm də Rusiya ilə xüsusi əlaqələri var.

– Hansı yeni prosesdən danışırsınız?

– Bu görüş Rusiya-Amerika münasibətlərinin nizamlanması üçün başlanğıc nöqtəsi oldu. Avropa Birliyi və Ukrayna buna qarşı çıxır. Lakin yeni dünya nizamı bunu tələb edir. Orada Hindistan və Çin də iştirak edir.

– Sizcə, bizim regionda Rusiya-Amerika münasibətlərinin normallaşması nəyə gətirib çıxara bilər?

– ABŞ və Rusiya arasında münasibətlərin normallaşması Zaqafqaziyaya birbaşa təsir etməyəcək.  Eyni zamanda, Paşinyan hazırda ABŞ-la qarşıdurmada olan Avropa İttifaqına doğru kurs seçib.

– Rusiyanın ABŞ-la münasibətlərinin yaxşılaşması İran və Çinlə münasibətlərdə gərginliyə səbəb ola bilərmi?

– Xeyr, Rusiya-Amerika münasibətlərinin tənzimlənməsi heç bir halda Rusiyanın İran və Çinlə münasibətlərinə təsir etməyəcək.

 – ABŞ və Aİ arasındakı gərginlik Ermənistana necə təsir edəcək?

– ABŞ və Aİ arasında münaqişə gərginləşərsə, Ermənistanın strateji vəziyyətini daha da çətinləşdirəcək. Avropa İttifaqı Ermənistana real yardım göstərə bilməyəcək: onun Ermənistanla nə ordusu, nə kifayət qədər maliyyə resursları, nə də ərazi əlaqələri var. Ermənistanın xarici dünya ilə əlaqəsi üçün cəmi iki quru dəhlizi var – Gürcüstan və İran vasitəsilə. Hazırda Avropa İttifaqı bu dəhlizlərin hər ikisi ilə ziddiyyət təşkil edir. Bu vəziyyətdə İrəvanın Avropa Birliyinə seçdiyi kurs açıq-aşkar intihardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image