“Reuters” Suriya rəsmi mənbəsinə istinadən xəbər verir ki, Əhməd əl-Şaraa Moskvaya səfəri zamanı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin suriyalılara qarşı cinayətlərə görə mühakimə olunmaq üçün ekstradisiyasını rəsmi şəkildə tələb edəcək.
Bundan əlavə, Əhməd əl-Şaraa Rusiyanın Tartusdakı hərbi dəniz bazası və Xmeymimdəki aviabazasının mövcudluğunun davam etdirilməsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.