Vətəninfo.az “Reuters”-ə istinadən xəbər verir ki, İran və Birgə Hərtərəfli Fəaliyyət Planına üzv olan Avropa ölkələrinin diplomatları cümə günü İstanbulda bir araya gələcəklər.
Məlumata görə, görüş yüksək rütbəli diplomatlar səviyyəsində və yaxın günlərdə keçirilməsi gözlənilən İran-ABŞ danışıqlarının beşinci raundu öncəsi hər iki tərəfin mövqelərini möhkəmləndirməyə çalışdığı bir şəraitdə keçiriləcək.