Vətəninfo.az xəbər verir ki,“Reuters” İraqda neft qaçaqmalçılığı şəbəkəsinin fəaliyyətinə toxunaraq yazıb ki, İran və onun proksi qrupları bu yolla ən azı bir milyard dollar gəlir qazanırlar.
Adlarının açıqlanmasını istəməyən mənbələr xəbər agentliyinə müsahibədə deyiblər: “İran İraqda dəstəklədiyi silahlı qruplaşmalar və siyasi partiyalar vasitəsilə bu ölkədə əhəmiyyətli hərbi, siyasi və iqtisadi təsirə malikdir. Tehran ixrac vasitəsilə İraqdan valyuta tədarük edir və ölkənin bank sistemindən istifadə edərək ABŞ-ın sanksiyalarından yayınır. İraqdan mazut çıxarmağın yollarından biri onu İran mazutuna qarışdırıb İraq məhsulu kimi başqa ölkələrə ixrac etməkdir”.