image-reklam-veteninfo
image-1backend

Reuters: Rusiya “kölgə gəmilər”ini artırıb

image-reklam-veteninfo

Rusiya Ukraynaya qarşı müharibəyə görə tətbiq edilmiş qərb sanksiyalarına baxmayaraq, “kölgə gəmilər”dən (shadow fleet) istifadəni genişləndirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters agentliyinə Trafigura ticarət şirkətinin baş iqtisadçısı Saad Rahim məlumat verib.

“Kölgə gəmilər” Rusiya xam neftinin alıcılara çatdırılmasında əsas rol oynayır və sanksiyalara baxmayaraq, Moskvanın gəlirlərini qorumağa xidmət edir. Rahim bildirib ki, yeni sanksiyalar tətbiq olunduqca, bu gəmilərdən ibarət flota daha da artıb.

Onun sözlərinə görə, bu il “kölgə gəmilər”in artımı əvvəlki illərə nisbətən yavaş olsa da davam edir, çünki yeni gəmi dəstləri tez-tez “qara siyahıda” olanları əvəz edir.

Eyni zamanda, ABŞ-ın tarif və rüsumları qlobal iqtisadiyyat və yanacaq tələbinə məhdud təsir göstərib. İstehsalçılar yaxın aylara xərclərini planlaşdırarkən barel üzrə 60 dollar qiymətini minimal gəlir səviyyəsi kimi nəzərə alırlar.

Neft təklifinə gəlincə, ABŞ-da hasilat qurğularının sayı azalıb və gözlənilir ki, istehsal indiki səviyyədə qalacaq.

Bununla yanaşı, Avropa İttifaqı Rusiyanın zəifləmiş hərbi-iqtisadi sektoruna qarşı daha sərt sanksiyalar tətbiq etməyi planlaşdırır. Yeni paket, artıq 19-cu sanksiya paketi olacaq və əsas diqqət “kölgə gəmilər”ə və Rusiyanın mövcud qaydaları atlatmasına kömək edən şirkətlərə yönələcək.

7 sentyabrda məlum olub ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların “ikinci mərhələsinə” keçməyə hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki