ABŞ Federal Aviasiya Administrasiyası (FAA) təyyarənin Vaşinqton səmasında qəzaya uğramasından sonra Ronald Reyqan Vaşinqton Milli Hava Limanı yaxınlığında helikopter uçuşlarına qadağa qoymaq niyyətindədir.
Vətəninfo.az xəbər verir ki , bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, FAA hava məkanının təhlükəsizliyini yaxşılaşdırmaq üçün uzunmüddətli tədbirlər çərçivəsində helikopter uçuşlarına daimi məhdudiyyətlər tətbiq etmək istəyir.
Yanvarın 29-da axşam saatlarında Ronald Reyqan Vaşinqton Milli Hava Limanı yaxınlığında səmada American Airlines-a məxsus sərnişin təyyarəsi və quru qoşunlarının Black Hawk helikopteri toqquşub və çaya düşüb. Təyyarə qəzasında 67 nəfər həlak olub.