image-777backend

RİA Novosti: Rusiya şirkətləri gələn həftə Gürcüstana uçuşlara başlaya bilər

image-reklam_sirab_01

Rusiya şirkətləri gələn həftədən Gürcüstana uçuşlara başlaya bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə  RİA Novosti məlumat yayıb.

“Gələn həftə Rusiyadan Gürcüstana uçuşların başlanması planlaşdırılır”, – mənbə bildirib.

Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstanla viza rejimini ləğv edib, həmçinin Rusiya aviaşirkətləri üçün bu ölkəyə birbaşa reyslərə qoyulan qadağanı aradan qaldırıb.

Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda daşıyıcılar hava hərəkətini bərpa etməyə hazırlaşır.

Yerli təyyarələrlə həftədə yeddi dəfə Moskvadan Tbilisiyə və əks istiqamətdə birbaşa uçuşun həyata keçirilməsi planlaşdırılır.

Gürcüstan sanksiyalar altında olanlar istisna olmaqla, müraciət etmiş bütün aviaşirkətlərə uçuşlara icazə verəcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki