image-1backend

Robert Köçəryanla Vladimir Putin arasında telefon danışığı olub? – Erməni KİV-i həqiqət axtarışında

image-reklam_sirab_01

Bəzi erməni saytları güya bir neçə gün əvvəl hərbi cani Robert Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olduğunu yazır.

Ermənistanın “Past” qəzeti yazır: “Rusiya Federasiyasının rəhbəri avqustun 31-də Robert Köçəryana zəng edərək onu 70 illik yubileyi münasibətilə təbrik edib”.

Xəbəri nə Köçəryanın ofisi, nə də Rusiya Prezidentinin mətbuat xidməti təsdiq edib.

Hər halda, telefon danışığı haqda şayiə özü diqqəti çəkir, xüsusən də indiki vəziyyətdə. Görünən odur ki, Rusiya Ermənistana diqqətini artırır: bir tərəfdən hakimiyyətlə əlaqələr bərpa olunmağa başlayır, bunu baş nazirin müavini, xarici işlər nazirinin müavini və müxtəlif Rusiya rəsmilərinin səfərləri sübut edir, digər tərəfdən, tərəfdaşlarla əlaqələr bərpa olunur.

Köçəryan özü də payızda elan olunan etiraz aksiyalarına hazırlıq görür, keşiş Qalstanyanı təlimatlandırır, Rusiya rəhbərliyi ilə “sıx əlaqələri” haqda məlumat sızdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki