image-reklam-veteninfo
image-1backend

Romada Qəzza məsələsi ilə bağlı ABŞ, İsrail, Misir və Qətər nümayəndələrinin görüşü başlayıb

image-reklam-veteninfo

Qəzza zolağı məsələsi ilə bağlı iclas Romada İsrail kəşfiyyatının rəhbəri, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, Qətərin baş naziri və Misir kəşfiyyatının rəhbərinin iştirakı ilə başlayıb. Vətəninfo.az  məlumatına görə, bu barədə Ynet portalı məlumat yayıb .Bundan əvvəl İsrailin baş nazirinin ofisi məlumat vermişdi ki, ölkənin kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qəzza zolağında girovların azad edilməsinə dair razılaşmanın təşviqi üzrə danışıqlarda iştirak etmək üçün bazar günü İtaliya paytaxtına gəlib.Mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzza zolağında mərhələli sülh nizamlanması sazişinin yeni layihəsinin şərtlərini açıqlayıb. Atəşkəs, həmçinin Həmas tərəfindən saxlanılan israilli girovların və İsrail tərəfindən fələstinli məhbusların azad edilməsi də daxil olmaqla, bunun altı həftə davam edəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki