image-reklam-veteninfo
image-imagesbackend

Ronaldo-dan sonra Portuqaliya millisində 7 nömrəli formanın sahibi bəlli oldu

image-reklam-veteninfo

Portuqaliya milli komandasında Kriştiano Ronaldonun ayrılmasından sonra boş qalan 7 nömrəli formanın yeni sahibi müəyyənləşib.

Vətəninfo.az xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, bundan sonra 7 nömrəli formanı “Qalatasaray”ın futbolçusu Rafael Leao geyinəcək.

Bununla belə, bu gecə UEFA Millətlər Kuboku çərçivəsində Braqa şəhərində keçiriləcək Portuqaliya – Danimarka qarşılaşmasında 7 nömrəli forma müvəqqəti olaraq “Brügge” klubunun futbolçusu Karlos Forbsun ixtiyarında olacaq.

Rafael Leao zədəsini sağaldaraq meydana qayıtdıqdan sonra Portuqaliya millisində 7 nömrəli formanı daşımağa başlayacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki