Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçev, İranla üzən atom elektrik stansiyalarının tikintisi üzrə danışıqlar apardıqlarını təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, Rusiya mətbuatına verdiyi müsahibədə Lixaçev bildirib ki, Moskvada bu yay keçirilən görüşlərdə İranla yüksək tutumlu nüvə layihələri üzrə saziş mübadiləsi aparılıb.
“Rosatom”un baş direktoru, İranın ucqar sahil bölgələrində yerləşdirilə biləcək kiçik stansiyaların, eyni zamanda, üzən nüvə elektrik stansiyaları üçün işlərin davam etdiyini vurğulayıb.
O, qeyd edib ki, İranın sahil zonaları bu tip layihələr üçün əlverişli sahələr təklif edir və bu layihələr iri elektrik stansiyalarının tikintisindən daha sürətli reallaşacaq.


























