“İdman Azərbaycan” kanalına yeni rəhbər təyin olunub.
Vətəninfo.az “Konkret.az”a istinadən xəbər verir ki, kanala bundan sonra rejissor Zaur Zeynal rəhbərlik edəcək.
“Mədəniyyət” kanalının rejissoru işləyən Z.Zeynal daha çox şou-biznes sahəsində tanınır.
Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin edilmişdi.