ABŞ Çinli tələbələr üçün vizaları ləğv etməyə başlayacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə məlumat verib.
” Birləşmiş Ştatlar Çin Kommunist Partiyasına bağlı olan və ya əsas sahələrdə təhsil alanlar da daxil olmaqla çinli tələbələr üçün vizaları ləğv etməyə başlayacaq ” deyə o yazıb .
Rubio əlavə edib ki, Birləşmiş Ştatlar Çindən , o cümlədən Honq Konqdan olan ərizəçilər üçün viza tələblərini dəyişəcək . Yeniliklər vizaların verilməsi zamanı daha hərtərəfli yoxlamaların aparılmasına kömək edəcək .
Həmçinin bildirilib ki , ABŞ administrasiyası Çini yarımkeçiricilərin yaradılması üçün proqram təminatından məhrum etmək istəyir .
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Senatındakı əsas demokratlar prezident Donald Tramp administrasiyasını Yaxın Şərq ölkələrinə süni intellekt çiplərinin tədarükü ilə bağlı sazişlərə yenidən baxmağa çağırıblar. Demokratlar qorxurlar ki, qabaqcıl texnologiyalar Çin və Rusiyaya sızaraq Amerika şirkətlərinə tədarükləri məhdudlaşdıra bilər.