Vətəninfo.az xəbər verir ki, dünən ABŞ dövlət katibi Marko Rubio Venesueladakı Nikolas Maduro hökumətini “qanunsuz” adlandıraraq, onun İran və Hizbullah təşkilatı ilə əməkdaşlıq etdiyini bildirib.
Rubio bu açıqlamanı jurnalistlərlə keçirdiyi mətbuat konfransında verib. Onun sözlərinə görə, Maduro hökuməti ABŞ ilə əməkdaşlıqdan imtina etməklə yanaşı, “terrorçu və cinayətkarlarla açıq əlaqələr qurur”.
ABŞ dövlət katibi əlavə edib ki, Venesuela hakimiyyəti “Hizbullah və İranı öz ərazisindən fəaliyyət göstərməyə dəvət edir”.


























