Rumıniyada parlament seçkiləri keçirilib. 18 milyondan çox seçici 10 mindən çox namizəd arasından 136 senatoru və 329 deputatı seçib.
Vətəninfo.az xəbər verir ki, səsvermə 2020 və 2016-cı il seçkilərindən xeyli yüksək olan 52 faizi ötməklə yerli vaxtla saat 21:00-da bağlanıb.
Açıqlanan məlumatlara görə, Sosial Demokratlar Senatda 23,29 faiz, Deputatlar Palatasında isə 22,89 faiz səs toplayır. Hər iki palatada ikinci yeri Rumıniya Birliyi Alyansının nümayəndələri tutur (müvafiq olaraq 17,92% və 17,59%).
İlk üçlüyü 14,62% və 13,82% səslə Milli Liberal Partiyası tamamlayır. Dördüncü yerdə Rumıniya Qurtuluş Cəmiyyəti qərarlaşıb.
Əlavə edək ki, Rumıniya prezident-parlament respublikasıdır, onun rəhbəri xarici və təhlükəsizlik siyasətini müəyyən edir, silahlı qüvvələrin ali komandanı kimi fəaliyyət göstərir və kəşfiyyat orqanlarına nəzarət edir.