image-timthumb-1backend

Rumıniyanın baş naziri istefa verib

image-reklam_sirab_01

Rumıniyanın baş naziri Nikolae Çuka iyunun 12-də kabinet rəhbərlərinin planlaşdırılmış rotasiyası çərçivəsində istefa verib.

Vətəninfo.az “TASS”a istinadən verdiyi xəbərə görə, onun bəyanatı Rumıniya radiosu tərəfindən verilib.

“Bu gün baş nazir kimi işimi bitirdiyim an gəlib çatdı, bundan sonra yeni hökumətin təsdiqi başa çatana qədər işləyəcək müvəqqəti hökumətimiz olacaq”, o deyib.

Çuka bunun həftənin sonuna qədər baş verəcəyinə ümid etdiyini bildirib.

Baş nazirlərin rotasiyası mayın 26-da keçirilməli idi, lakin müəllimlərin tətili ilə əlaqədar təxirə salınmışdı. Baş nazirin istefasından sonra qəbul edilmiş prosedura əsasən, prezident və hakim koalisiya partiyalarının liderləri ilə məsləhətləşmələr aparılacaq. Onların gəldiyi nəticəyə əsasən, dövlət başçısı yeni baş naziri təyin edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki