image-timthumb-1backend

Rus qoşunları Baxmutun böyük hissəsinə nəzarət edir – Pentaqonun sözçüsü

image-reklam_sirab_01

Pentaqon Rusiyanın Baxmutun tutulması ilə bağlı bəyanatını şərh edib.

Vətəninfo.az xəbər verir ki, Pentaqonun sözçüsü general Patrik Rayder bildirib ki, ABŞ Müdafiə Nazirliyi Rusiya qüvvələrinin Baxmutun böyük hissəsinə nəzarət etdiyini etiraf edir.

Bununla belə, o qeyd edib ki, ABŞ Rusiyanın həqiqətən şəhəri bütövlükdə ələ keçirib-ələ keçirməməsi ilə bağlı öz qiymətləndirməsini dərc etməyəcək.

“Biz bilirik ki, Rusiya Baxmutun və onun ətraf ərazisinin əhəmiyyətli hissəsinə nəzarət edir, lakin bizim hesablamamıza görə, ukraynalılar Baxmut yaxınlığında döyüşləri davam etdirirlər”, – Rayder bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki