image-reklam-veteninfo
image-1backend

“Rusiya 160 minlik ordu illə hücuma hazırlaşır” – ABŞ nəşrindən şok iddia

image-reklam-veteninfo

Rusiya ön cəbhə xəttinə yaxın ərazilərdə cəmləşdirdiyi 160 minə yaxın hərbçi ilə yaxın günlərdə və ya həftələrdə yeni gücləndirilmiş yay hücumuna başlaya bilər.

Vətəninfo.az xəbər verir ki, bu barədə “CNN” nəşri məlumat yayıb.

Məlumata görə, son iki həftə ərzində Rusiya ordusu Pokrovski, Kupyansk və Konstantinovka istiqamətlərində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.

“Chatham House” beyin mərkəzinin eksperti Kir Kaylz qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın son ultimatumu çərçivəsində Putinə tanınan 50 günlük möhlət Kreml üçün əlverişli diplomatik fürsət yaradır:“Bu 50 günlük müddət Rusiya üçün alternativ plan hazırlamaq və Vaşinqtonu yenidən diplomatik fəndlə çaşdırmaq imkanı verir. Tramp bu oyuna razılıq verməyə meyilli görünür. Bu, Ukraynanın əzablarının daha 50 gün uzadılması deməkdir”.

“Yeni Avrasiya Strategiyaları” analitik mərkəzinin xarici siyasət şöbəsinin rəhbəri Con Lof isə bildirib ki, yay hücumu əslində bir neçə aydır davam edir və rus qoşunları yerüstü və hava əməliyyatlarını intensivləşdirir. Lof-un sözlərinə görə, Ukrayna şəhərlərinə edilən son hava hücumları, cəbhə xəttindəki yavaş irəliləyiş fonunda əhalinin ruhunu sındırmaq və müqavimətini zəiflətmək məqsədi daşıyır.

“Putin aylardır bu kampaniyanın irəliləyişinə əminlik ifadə edir. O hesab edir ki, Ukraynanın həm insan resursu, həm də müəyyən silah növləri çatışmır. Moskva bu zəifliklərdən istifadə edərək Ukrayna müdafiəsini dağıtmağa ümid edir,” – deyə Lof əlavə edib.”AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki