Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, bu gecə ölkə üzərindəki hava hücumundan müdafiə vasitələrinin Ukraynaya məxsus 170 pilotsuz uçan aparatı (PUA) məhv etdiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, hava hücumundan müdafiə sistemləri bir neçə Rusiya bölgəsi üzərində uçan bu PUA-ları ələ keçirərək zərərsizləşdirib. Qeyd edilib ki, zərərsizləşdirilən pilotsuz təyyarələrin 48-i Bryansk, 21-i Voronej, 16-sı Nijni Novqorod, 15-i Kaluqa, 14-ü Rostov, 10-u Kursk, 9-u Moskva vilayəti üzərində, o cümlədən Moskva istiqamətində uçan 6 PUA və 9-u Tula vilayətinin səmasında məhv edilib. Həmçinin, Novqrad və Belqorod vilayətləri üzərində də bir neçə pilotsuz uçan aparat zərərsizləşdirilib.
Rusiya Müdafiə Nazirliyi, Ukraynanın həyata keçirdiyi pilotsuz təyyarə hücumlarına qarşı hava hücumundan müdafiə sistemlərinin uğurlu şəkildə işlədiyini vurğulayıb.


























