Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 22 Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Vətəninfo.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
“Dünən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 22 pilotsuz təyyarəsini ələ keçirərək məhv edib”.
“Onlardan 8-i Oryol vilayətində, 7-si Kurskda, 4-ü Bryanskda, biri Smolenskdə, ikisi isə Krasnodar vilayətində məhv edilib”, – məlumatda deyilir.