Rusiya hava hücumundan müdafiə sistemləri bu gecə Rusiya ərazisi üzərində Ukraynanın 28 pilotsuz təyyarəsini vurub. Vətəninfo.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
“Hava Hücumundan Müdafiə Qüvvələri növbətçiliyi ilə Bryansk və Rostov vilayətlərində hər biri 12, Krım Respublikası ərazisində 2, Krasnodar diyarı ərazisində və Azov dənizinin sularında hər birində 1 olmaqla 28 Ukrayna İHA-nı ələ keçirib və məhv edib”, – məlumatda deyilir.