Rusiya Hərbi Dəniz Donanması Şimal, Sakit Okean, Baltik donanmalarının əməliyyat və Xəzər Donanmasının cavabdehlik zonalarında 300 gəmi və 20 min nəfərlik şəxsi heyətlə təlimlərə başladı.
Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir: “Rusiya Hərbi Dəniz Donanmasının birlik və birləşmələri planlı təlimlərə başladı. Təlimlər Şimal, Sakit Okean və Baltik donanmalarının əməliyyat bölgələrində və Xəzər Donanmasının cavabdehlik zonasında həyata keçirilir.
Döyüş hazırlığı tədbirlərində 300-ə yaxın gəmi və kater, sualtı qayıq və yardımçı gəmilər, 50-yə yaxın təyyarə, 200-dən çox hərbi və xüsusi texnika, 20 mindən çox hərbi qulluqçu və mülki heyət iştirak edir.
Bir neçə gün ərzində üç donanma və Xəzər Donanmasının gəmi heyətləri, Hərbi Dəniz Qüvvələrinin aviasiya bölmələri və sahil qoşunları silahların praktiki tətbiqi ilə 300-dən çox döyüş təlimi keçirəcək.
Təlimlərin əsas məqsədi bütün səviyyələrdə donanmanın hərbi komandanlıq-nəzarət orqanlarının hərəkətlərini, o cümlədən Rusiya Hərbi Dəniz Donanması gəmi heyətlərinin, hərbi dəniz aviasiya bölmələrinin və sahil qoşunlarının tapşırıqları yerinə yetirməyə hazırlığını yoxlamaqdır.”


























