Ukraynada iki il yarım davam edən müharibə zamanı Rusiya 600 min hərbçi itirib.
Vətəninfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Key Starmer BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı deyib.
Starmer Rusiya nümayəndələrinə deyib: “Burada riayət etməli olduğunuz BMT Nizamnaməsi vətəndaşlarınızı ətçəkən maşına atmaq deyil, insan ləyaqəti haqqındadır”.
PA agentliyi yazır ki, həmin anda auditoriyada Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski iştirak edib və o zalı tərk edib.