image-1backend

Rusiya 92 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub

image-reklam_sirab_01

Rusiya Amerika Birləşmiş Ştatlarının 92 vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Vətəninfo.az xəbər verir ki , bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Rusiya silahlı qüvvələrinə qarşı saxta xəbərlərin yayılmasında iştirak edən redaksiyalar və jurnalistlərə məhdudiyyətlər qoyulur. “The Wall Street Journal” qəzetinin 14 əməkdaşı, “The New York Times” qəzetinin 5 jurnalisti və “Vaşinqton Post” qəzetinin 4 jurnalistinin Rusiyaya girişi qadağan edilib.Məhdudiyyətlər ABŞ Kosmik Komandanlığının rəhbəri, Kosmik Sistemlər Komandanlığının rəhbəri və müdafiə nazirinin kosmik siyasət üzrə müavininə də şamil edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki