Rusiyanın xarici işlər naziri Sergey Lavrov neokolonial təsirdən xilas olmağa çalışan Afrika ölkələrinə dəstək verməyə hazır olduqlarını bildirib.
Vətəninfo.az xəbər verir ki, Sergey Lavrov Afrika turnesi çərçivəsində sәfәr etdiyi Burkina Fasoda prezident İbrahim Traore tərəfindən qəbul edilib.
Görüşün mәhsuldar keçdiyini ifadә edәn Sergey Lavrov prezident İbrahim Teorenin terrorla mübarizә çәrçivәsindә gördüklәri tәdbirlәr haqıında mәlumat verdiyini bildirib.
Lavrov ölkəsinin Mali, Niger və Burkina Fasodan ibarət Sahel Dövlətləri Alyansını (AES) dəstəklədiyini ifadə edərək deyib:“Neokolonial təsirdən xilas olmaq istəyən Afrika ölkələrinin haqlı mübarizəsini dəstəkləməyə hazırıq’’.
Hərbi əməkdaşlıq və texniki məsələlərlә bağlı dəstəyi dә davam etdirəcəklərini vurğulayan Sergey Lavrov hərbi təlimlәrin sayını artıracaqlarını deyib.
Prezident Administrasiyasından verilən məlumata görə, Sergey Lavrov və İbrahim Traore arasında baş tutan görüşdə mədənçilik, peşə təhsili, ticarət, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
İbrahim Traorenin Sergey Lavrovu dövlət ordeni ilә tәltif etdiyi bildirilib.