Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Aralıq dənizində yüksək dəqiqlikli raketlərlə təlimlər keçirdiyini bildirib.
Nazirlikdən verilən məlumata görə, Rusiya Hərbi Dəniz Donanması qoşunların hazırlığı çərçivəsində dekabrın 1-3 tarixlərində Aralıq dənizinin şimal hissəsində təlim təşkil edib.
Rusiya Hərbi Dəniz Donanması komandanı, admiral Aleksandr Moiseyevin sədrliyi ilə keçirilən təlimdə 1000-dən çox əsgər, 10 gəmi və 24 təyyarə, o cümlədən “Miq-31” tipli təyyarə olub.
Hərbi manevrlər çərçivəsində dekabrın 3-də dənizdən və havadan yüksək dəqiqliyə malik “Kalibr”, hipersəsli “Tsirkon” və “Onisk” qanadlı raketləri atılıb və müəyyən edilmiş hədəflər vurulub.