Rusiya hökuməti daxili yanacaq bazarının sabitliyini təmin etmək üçün aviayanacaq ixracına müvəqqəti qadağa qoyub.
Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, birjada alınan aviayanacaq da daxil olmaqla, təyyarələr üçün kerosin ixracına qoyulan məhdudiyyət 2026-cı il noyabrın 30-na qədər qüvvədə qalacaq.
Hökumət qərarın daxili bazara etibarlı və fasiləsiz yanacaq tədarükünün təmin edilməsinə yönəldiyini vurğulayıb.
Bununla yanaşı, müvafiq fərmanın qüvvəyə minməsindən əvvəl gömrük rəsmiləşdirilməsi prosesində olan aviayanacaq partiyalarına, hökumətlərarası müqavilələr çərçivəsində çatdırılmalara və uçuş zamanı istifadə üçün təyyarə yanacaq çənlərində saxlanılan yanacağa istisnalar edilir.


























