image-1backend

“Rusiya Avropanı şantaj edir”- Leyen

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen “Rusiya təbii qaz tədarükünü kəsməklə Avstriya və Avropanı şantaj edir” dedi.

U.Leyen sosial media hesabında Rusiyanın enerji şirkəti “Qazprom”un noyabrın 17-dən Avstriyaya təbii qaz nəqlini dayandırma qərarına münasibət bildirərək bunları yazıb: “Rusiya prezidenti Vladimir Putin enerjidən “silah” kimi istifadə edir. O, qazı kəsməklə Avstriya və Avropanı şantaj etməyə çalışır. Avropa İttifaqı Rusiyadan qaz nəqlinin dayandırılmasına və qış dövrünə hazırdır. İttifaqda təbii qaz anbarları doludur.

Avstriya kansleri Karl Nehammer ilə bu mövzunu müzakirə etdik. Avropa Avstriyanı dəstəkləyir.

Xatırladaq ki, Avstriyanın baş naziri Nehammer 16 noyabrda Rusiyanın enerji şirkəti “Qazprom”un ölkəsinə təbii qaz nəqlini dayandıracağını bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image