image-99backend

Rusiya Barents/Avro-Arktika Şurasından çıxıb

image-reklam_sirab_01

Rusiya Federasiyası Barents/Avro-Arktika Şurasından (BEAC) çıxıb.

Vətəninfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı bvayanatda BEAC-ın 30 ildir “şimalda” sabitliyi təmin edən və səmərəli iş aparan bir format olduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və Avropa Komissiyasından ibarət BEAC-dəki Qərb ölkələri sözügedən formatı neytrallaşdırıb.

“Sözügedən ölkələrin səhvləri ucbatından Şuranın fəaliyyəti 2022-ci ilin martından iflic vəziyyətinə düşüb”, – deyə bəyanatda qeyd edilib.

Bəyanatda Finlandiyanın BEAC dövr sədrliyini Rusiyaya təhvil vermədiyi, rotasiya prinsipini pozduğu və “Mövcud şəraitdə Rusiyanın BEAC-dan ayrıldığını elan etməliyik” ifadələri yer alıb.

Bəyanatda o da bildirilib ki, Rusiya Barents/Avro-Arktika Şurasından çıxdıqdan sonra şimalda tapşırıqları yerinə yetirməyə davam edəcək və əməkdaşlığa açıqdır.

BEAC 1993-cü ildə Barents bölgəsindəki ölkələr arasında əməkdaşlığı yaxşılaşdırmaq üçün yaradılıb

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki