image-2222backend

Rusiya baş nazirinin müavini Tehranda səfərdədir

image-reklam_sirab_01
Rusiya baş nazirinin müavini Aleksandr Novak mayın 16-da İran-Rusiya İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək məqsədi ilə Tehrana səfər edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib.
İclasda Rəşt-Astara dəmir yolunun tikintisi üzrə birgə əməkdaşlıq sazişi imzalanacaq.
Səfirinin sözlərinə görə, səfərdə bəzi Rusiya rəsmiləri, o cümlədən bu ölkənin nəqliyyat naziri, Mərkəzi Bankın sədrinin müavini və Gömrük İdarəsinin rəisi Aleksandr Novakı müşayiət edirlər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki