image-1backend

Rusiya benzin ixracına qoyulan müvəqqəti qadağanı ləğv edir

image-reklam_sirab_01

Rusiya hökuməti nəhayət, benzin ixracına qoyulan müvəqqəti qadağanı dayandırmağa razılaşıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə RBC mənbəyə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, bu məlumatı Energetika Nazirliyi də təsdiqləyib. Görünür, bu qərar yanacaq bazarının dolması və neft emalı zavodlarında planlaşdırılmamış təmir işlərinin başa çatdırılması fonunda verilib.

Benzinin ixracına qadağa 2024-cü il martın 1-dən avqustun 31-dək tətbiq edilib. Məhdudiyyətlər hökumətlərarası sazişlər çərçivəsində Aİİ ölkələrinə ixrac və tədarüklərə təsir göstərmir.

Ötən il embarqo sentyabrdan noyabr ayına qədər tətbiq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki